Xəbər lenti

Moskva silahları Cənubi Qafqazda kimə tuşlayıb?
Dünya19:20 01.03.2016

Moskva silahları Cənubi Qafqazda kimə tuşlayıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Rusiya Ermənistana verdiyi silahları Cənubi Qafqazda kimə tuşlayıb?” Publika.az xəbər verir ki, Rusiyanın “Rosbalt” xəbər saytı bu sualı araşdırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana verilən silahlara görə, Moskvaya nota verdiyini yazan sayt qeyd edir ki, Rusiya Ermənistanı silahlandırmaqla yanaşı, Azərbaycana da silah satır: “Burada müxtəlif suallar yaranır: Nə üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan Ermənistana silah verən Moskva bu ölkə ilə müharibə aparan Azərbaycana da silah satır? Doğrudanmı, Rusiyanın məqsədi regionda güc balansını qorumaq istəyidir? Və əgər silah mövcuddursa, bu, kimə tuşlanıb? Bu suallarla bağlı müxtəlif variantlar var. Misal üçün, bir variantda Moskvanın Ermənistana silah verməklə Türkiyə və Azərbaycana qorxu gəlmək məqsədi güddüyü ehtimal olunur. Digər varianta görə, Rusiya Azərbaycanın silahlı arsenalı qarşısında aciz qalan Ermənistanı gücləndirmək və güc balansını qorumaq istəyir”.
Sayt vurğulayır ki, Rusiya Ermənistana verdiyi silahların Dağlıq Qarabağda istifadə edilməyəcəyini deyir: “Lakin heç kim zəmanət verə bilməz ki, regionda xaos yaranacağı təqdirdə, həmin silahlar Bakıya qarşı istifadə olunmayacaq. Çünki silahlar paslanması üçün alınmır, onlar bir gün işə düşəcək”.
Qaynar.info