Xəbər lenti

Moskvada azərbaycanlı qətlə yetirilib - OLAY
Dünya05:50 09.08.2013

Moskvada azərbaycanlı qətlə yetirilib - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bir minik avtomobilində adı açıqlanmayan azərbaycanlının meyiti tapılıb.

“İnterfaks”ın verdiyi məlumata görə, avqustun 8-nə keçən gecə saat 01:15-də avtoservisdə gözətçi işləyən şəxs polisə zəng edərək İnstitut küçəsindəki bir tikilidən bir nəfərin insanları köməyə çağırdığını deyib. Həmin ünvana gələn polislər “Jiquli” avtomobilində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş bir azərbaycanlının meyitini aşkarlayıblar.   

Fakt üzrə cinayət işi qaldırılıb.

APA