Xəbər lenti

Moskvada azərbaycanlılar saxlanıldı - REYD
Dünya07:11 29.10.2013

Moskvada azərbaycanlılar saxlanıldı - REYD

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bazar ertəsi səhəri Moskvanın cənub-şərqində yerləşən “Sadovod” ticarət mərkəzinin ərazisində polis kütləvi əməliyyata keçirib, azərbaycanlılar da daxil olmaqla, xeyli miqrantın saxlanıldığı bildirilir.

Səhər yerli vaxtla 11:30-da xüsusi təyinatlı polislərlə dolu avtobus bazar ərazisinə daxil olub və bundan sonra, hüquq-mühafizə orqanları bazarda işləyənlərin sənədləri yoxlamağa başlayıb, RİA Novosti agentliyi yazır.

Qaynar.info
"BBC"-yə istinadən xəbər verir ki, polislərin ticarət mərkəzinə gəlməsindən sonra insanların bir hissəsi bazar ərazisini tərk edib. Lakin “xeyli” sayda miqrantın saxlanıldığı da bildirilir və onların arasında Azərbaycan vətəndaşları da var.

“Onlar polis bölmələrinə aparılaraq sənədləri və hər hansı cinayətdə iştirak edib-etmədikləri yoxlanılır”, APA Moskva Baş Polis İdarəsinə istinadən yazır.

“Kimin sənədi qaydasında deyilsə, onun barəsində tədbir görülür. Miqrantların hansısa cinayətdə iştirak edib-etmədikləri də araşdırılır”, Daxili İşlər Nazirliyinin Rusiyadakı xüsusi nümayəndəsi, polkovnik Eldar Səmədov bildirib.

Onun sözlərinə görə, bu reyd “Azərbaycan vətəndaşlarına qarşı yönəlməyib və bütün miqrantlar yoxlanılır”.

“Moskva bazarlarının dekriminallaşdırılması” əməliyyatı və qeyri-qanuni miqrantların geri göndərilməsi Klikləyin Matveev bazarında polisin döyülməsi və Klikləyin Biryulevo hadisələrindən sonra mütəmadi formada aparılır.

Evlərdə və bazarlarda reydlər

Oktyabrın əvvəlində 25 yaşlı moskvalını qətlə yetirdiyi iddia edilən Orxan Zeynalovun həbsindən sonra, "evlərdə və bazarlarda aparılan bu reydlər nəticəsində indiyədək Rusiyadan təxminən 100 azərbaycanlı deportasiya olunub".

Bu sözləri APA-ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiyadakı son hadisələrlə əlaqədar yaradılmış İşçi Qrupun rəhbəri, komitənin I ərazi (Rusiya, Ukrayna, Belarus və Moldova) şöbəsinin müdiri Rizvan Əliyev deyib.

Cənab Əliyevin sözlərinə görə, hər həftənin cümə günü Rusiya Daxili İşlər Nazirliyi tərəfindən miqrantlarla bağlı evlərdə aparılan reydlər "daha da güclənib".

Bu səbəbdən, bəzi azərbaycanlılar "sənədlərinin düzgün olmadığından, deportasiya olunmaq təhlükəsindən" ehtiyatlanaraq özləri ölkədən çıxırlar.

O, əlavə edib ki, hazırda azərbaycanlıların sayı ötən ilə nisbətən "azalıb".

"Rusiyada yerli vətəndaşlığı olan 629 930 nəfər azərbaycanlı yaşayır. Miqrantların sayını da bura əlavə etsək, ümumilikdə Rusiya üzrə 2 milyon 200 min azərbaycanlı yaşayır", Əliyev bildirib.

Qaynar.info