Xəbər lenti

Moskvada bir qadın yüksək ranqlı hərbçinin maşınını yandırdı - Etiraz
Dünya06:35 28.08.2022

Moskvada bir qadın yüksək ranqlı hərbçinin maşınını yandırdı - Etiraz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvada bir qadın Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəis müavini Yevgeni Sekretaryovun avtomobilini yandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Baza” mənbə göstərmədən məlumat yayıb.
Telegram kanalının məlumatına görə, nəticədə avtomobilin yük hissəsi tamamilə yanıb. "Baza” qurbanlar haqqında heç bir məlumat verməyib.
Kanal yazır ki, yanğını törətdiyi iddia edilən qadın saxlanılıb. O, guya "xüsusi hərbi əməliyyatın” əleyhinə olduğunu bildirib.
Daha sonra TASS Moskvada Müdafiə Nazirliyinin əməkdaşının avtomobilinə benzin tökərək yandıran qadının tutulması barədə məlumat yayıb. Agentliyin mənbəsi bu şəxsin adını açıqlamayıb.
Baza yazır ki, Baş Qərargahın 8-ci İdarəsi "hərbi senzuraya məsuldur” və "Rusiya ordusu ilə bağlı yanlış faktın mediada yer almamasını” təmin edir. Müdafiə Nazirliyinin saytında digər komanda-nəzarət funksiyaları sadalanır – silahlı qüvvələrə komandanlıq üzrə tapşırıqların yerinə yetirilməsi üçün Müdafiə Nazirliyinə "lazımi məlumatlar” verilməsi. Bundan əlavə, İdarə Silahlı Qüvvələrin Dövlət Sirrini Mühafizə Xidmətinə də cavabdehdir.
Nizami Bağırov