Dünya 21:25 03.05.2023

Moskvada dronlar: ABŞ məlumatı yoxlayır - CNN

Amerika Birləşmiş Ştatları Moskvada mümkün dron insidentinə dair məlumat toplayır.

Bu barədə Qaynarinfo CNN-ə istinadən xəbər verir .

Nəşrin anonim mənbələrinə görə, ABŞ-a Kremlə ehtimal olunan dron hücumu barədə xəbərdarlıq edilməyib, Rusiya bunu Rusiya prezidenti Vladimir Putinə sui-qəsd adlandırıb.

"Nə olubsa da, əvvəlcədən xəbərdarlıq edilməyib" deyən ABŞ rəsmisi, hakimiyyətin hələ də nə baş verdiyini anlamağa çalışdığını bildirib.

Digər ABŞ rəsmisi Rusiyanın iddialarını qiymətləndirmək üzərində hələ də çalışdıqlarını və Kremlin Ukraynanın Putinə sui-qəsd cəhdi ilə bağlı iddiasını hələ də təsdiq etmədiklərini bildirib.

ABŞ-ın dövlət katibi Entoni Blinken də Rusiya rəsmilərinin Kremlə PUA ilə hücum təşkil edilməsi ilə bağlı iddialarına münasibət bildirib.

Blinken Kremlə mümkün hücumla bağlı xəbərləri təsdiq edə bilməyəcəyini deyib.
"Mən Kremldən gələn hər şeyi çox ehtiyatla qəbul edərdim" – deyə dövlət katibi bildirib.

Ukraynanın Rusiyaya qarşı istənilən mümkün hücumları ilə bağlı ABŞ-ın mövqeyi ilə bağlı suala o, belə cavab verib:

"Özünü qorumaq üçün hansı qərarları qəbul edəcəyi Ukraynadan asılıdır”.

Nizami Bağırov