
Moskvanın cənub-qərb hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən atışma baş verib.
Qaynar.info xəbər verir ki, hadisə şəhərin Kaxovka küçəsində yerləşən "Prinç"("Şahzadə") restoranında baş verib.
Şahidlərin sözlərinə görə, gecə saat 4 radələrində iki qrup aqressiv şəkildə bir-birlərini təhqir etməyə başlayıblar. Bir neçə dəqiqədən sonra söyüş atışmaya keçib. Nəticədə 19 yaşlı erməni Qanik Maqlyan, 23 yaşlı Ararat Sarkisyan və Armen Sarkisyan güllə yarası ilə xəstəxanaya çatdırılıblar.
Moskva polisi şahidlərin ifadələri əsasında qarşı tərəfdən iki nəfərin fotorobotunu hazırlayıb. Erməniləri güllələyən şəxslərin BMW markalı avtomobilə oturaraq qaçdıqları bildirilir.
Qaynar.info