Moskvada erməni Murad Ohanesyanın azərbaycanlı bilib bıçaqladığı həkim stomatoloq xəstəxanada ölüb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Moskva Şəhər Prokurorluğunun Teleqram kanalı məlumat yayıb.
Məlumatda 41 yaşlı Camal Odilovun xəstəxanada keçindiyi bildirilib.
Qeyd edək ki, insident dekabrın 13-də Moskvanın Yasnaya küçəsində stomatoloji klinikada baş verib.