Fövqəladə Hallar Nazirliyinin general-leytenantı Anatoli Yelizarov Moskvanın qərbində buz sırsırasının qopması nəticəsində xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rosbalt paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəsinə istinadən məlumat
yayıb. Hadisə bir gün əvvəl baş verib, hazırda Elizarov reanimasiyadan ayrı palataya köçürülüb və vəziyyəti orta ağırdır.
Məlumata görə, hadisə Fili-Davydkovo ərazisində, İnsiativ küçəsində yerləşən qeyri-yaşayış binasının yaxınlığında baş verib. Moskva prokurorluğu müəyyən edib ki, bu binanın dam örtüyünün təmizlənməsi üçün müqavilə, ilkin məlumatlara görə, heç kimlə bağlanmayıb.
Xəstəxanaya daxil olduqdan sonra Yelizarova açıq kəllə-beyin travması, beyin silkələnməsi, onurğa sütununun zədələnməsi diaqnozu qoyulub. Agentliyin həmsöhbəti qeyd edib ki, xəsarət alan general-leytenant Rusiya Fövqəladə Hallar Nazirliyinin mərkəzi aparatının əməkdaşıdır və nazirliyin operativ idarəetmə şöbəsinə rəhbərlik edir.
Alpər