
Moskvaətrafı vilayətinin Krasnoqorsk şəhərində güllənən “qanuni oğru” Dato Melkadze xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, naməlum şəxslər “Dato Potiyski” kimi tanınan Dato Melkadzeni Krasnoqorskdakı ticarət mərkəzlərinin birindəki dayanacaqda güllələyiblər. O, ailəsi ilə birlikdə mağazadan çıxırmış.
Qeyd edək ki, “Dato Potiyski” uzun illər idi axtarışda idi. O, başqa bir “qanuni oğru”nun qətlində şübhəli bilinirdi.
Qaynar.info