Moskvanın Smolenskaya sahilində yerləşən İngilis səfirliyi də ABŞ-dan sonra LGBT bayrağı qaldırıb.
Qaynarinfo xəbər vderir ki, bu haqda səfirliyin Facebook səhifəsində məlumat verilib və qeyd edilib ki, İngilis diplomatik təsisatının bununla "Rusiyada və dünyada LGBT icmasının nümayəndələri ilə həmrəy olduğunu" ifadə edib.
Səfirlik qeyd edib ki, LGBT icmasının nümayəndələri özləri üçün xüsusi imtiyaz tələb etmir, yalnız layiqli və hörmətli münasibət və digər insanlar kimi eyni hüquqlar tələb edirlər.
Səfirliyin Telegram kanalı da bunu vurğulayıb: "Biz cinsi oriyentasiya və gender bəranərliyi də daxil olmaqla heç bir əsasa görə ayrı-seçkilik formasını qəbul etmirik."
Bayrağın səfirliyin üzərində nə qədər asılacağıyla bağlı səfirlikdən bildirilib ki, bayraq bütün gün dalğalanacaq.
Alpər