
Moskvada məktəbə hücum edən silahlı şəxs artıq zərərsizləşdirilib. Məlumata görə, insident nəticəsində bir müəllim və bir polis öldürülüb.
Rusiya Daxili İşlər Nazirliyi onun zərərsizləşdirildiyi ilə bağlı məlumat yayıb. Lakin onun saxlanıldığı, yaxud öldürüldüyü ilə bağlı heç bir açıqlama verilmir.
**
Moskvada məktəblərn birində silahlı insident baş verib.
Qaynar.info rus mətbuatına istinadən xəbər verir ki, tüfənglə silahlanmış naməlum şəxs məktəbin mühafizəçisini təhdid edərək içəri daxil olub.
Daha sonra cinayətkar 10-cu sinfin dərs keçdiyi biologiya otağına daxil olaraq 20 nəfər şagirdi və müəllimi girov götürüb.
Polislərin köməyə gəldiyini görən naməlum şəxs onlara atəş açmağa başlayıb. Polislərdən biri ağır yaralanıb.
Life News-un məlumatına görə, həmin şəxs məktəbdə təhsil alan şagirdlərdən birinin atasıdır.
Məktədəki digər şagird və müəllimlər təcili olaraq evakuasiya olunublar.
Qaynar.info



