Ukrayna Moskva vilayətinə 5 pilotsuz təyyarə ilə hücum edib, onların hamısı vurulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat
yayıb.
"Bu gün səhər saatlarında Kiyev rejiminin beş pilotsuz uçuş aparatı ilə Moskva vilayətində və Yeni Moskvada obyektlərdə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, deyə məlumatda bildirilir.
Qeyd edilib ki, Yeni Moskva ərazisində 4 Ukrayna PUA-sı hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.
İddialara görə, daha bir PUA elektron mübarizə vasitəsi ilə neytrallaşdırlıb və Moskva vilayətinin Odintsovo rayonu ərazisində yerə enib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi itkilərin və dağıntıların olmadığını bildirib.
Bununla belə, Rusiyanın "Shot” "Telegram" kanalı Yeni Moskvanın Krivoşeino kəndində pilotsuz uçuş aparatının qəzaya uğraması nəticəsində yanğının baş verməsi barədə məlumat yayıb, müvafiq foto və videolar dərc edib.
TASS agentliyinin məlumatına görə Moskvanın Vnukovo hava limanının fəliyyətində məhdudiyyətlər tətbiq edilib. Ora istiqamətlənən təyyarələr digər aeroportlara
yönəldilir.
Nizami Bağırov