Moskvanın şərqindəki restoranlardan biri qarşısında Qafqaz respublikalarından olan iki qrup arasında silahlı insident baş verib. "Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
"Ötən gün gecə saatlarında "02" xidmətinə Sirenevıy bulvar, 25 ünvanında yerləşən "Li-Lu" restoranı yaxınlığında, atəş səslərinin eşidildiyi barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, restoranda zahirən qafqazlıları xatırladan təqribən səkkiz nəfərdən ibarət iki qrup arasında mübahisə düşüb", -mənbə bildirib.
Atışma nəticəsində 22 yaşlı əsgər ölüb, onun Çeçenistandan olan 24 yaşlı dostu isə yaralanıb. Cinayətkarlar qara rəngli avtomobil ilə hadisə yerindən uzaqlaşıblar.
Qaynar.info