FSB Rusiyanın paytaxtında yeni şəxslərin ələ alınması və ekstremist ideologiyanın təbliğatı ilə məşğul olan "Təbliği Camaat" qrupunun yeddi üzvünü həbs edib.
Qaynarinfo xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı açıqlamada deyilib.
"FSB Rusiya Daxili İşlər Nazirliyi ilə birlikdə, Moskva və Moskva vilayətində Orta Asiyalılardan təşkil olunmuş "Təbliği Camaat” beynəlxalq dini ekstremist təşkilatının hücrələrinin fəaliyyətini dayandırıb", - mərkəzdən bildirilib.
Qeyd olunur ki, saxlanılanlar arasında qrupun ideologiyasını yayan, "İslamın təməlini sarsıdan" və fəaliyyətlərinə yeni tərəfdarları cəlb edən üç təbliğatçı və "Təbliği Camaat"ın dörd fəal üzvü var.
Faktla bağlı Cinayət Məcəlləsinin 282.2 ("Ekstremist təşkilatın fəaliyyətinin təşkili və onunda iştirak") maddəsi ilə cinayət işi açılıb.
Alpər
<iframe class="iz-player" src="https://iz.ru/video/embed/978041" width="560" height="315" frameborder="0" allowfullscreen="">