Rusiyanın paytaxtı Moskvada qeyri-sabit hava şəraiti ilə əlaqədar 8 təyyarə səfəri ləğv edilib, 14-ü isə təxirə salınıb.
Qaynarinfo Kommersant.ru-ya "Domodedovo" hava limanında 8 səfər ləğv olunub, 4-ü isə gecikmə ilə baş tutub. "Şeremetyevo" hava limanında isə 4 uçuş təxirə salınıb. Uçuş-enmə zolaqlarında təmizləmə işləri aparılır.
Qeyd edək ki, bu gün Moskvada qarlı və dumanlı hava şəraiti müşahidə edilir. Paytaxtda hava təhlükə dərəcəsi "sarı" səviyyəsində müəyyənləşdirilib.
Gülşən