Xəbər lenti

Moskvada təyyarə yandı: 13 nəfər ölüb  (VİDEO)
Dünya16:46 05.05.2019

Moskvada təyyarə yandı: 13 nəfər ölüb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın "Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanıb.
Bu barədə "Telegram kanal 112” xəbər verir.
Kanalın məlumatına görə, təyyarə Moskva-Murmansk reysini həyata keçirirmiş. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Hava limanı müvəqqəti olaraq uçuş və enişlər üçün bağlanıb.
SSJ-100 təyyarəsinin yanma səbəbi kimi ilkin versiya olaraq layneri ildırım vurması irəli sürülür. 
****
"Şeremetovo” hava limanında yanan Sukhoi Superjet 100 (SSJ-100) markalı təyyarənin 10 sərnişini təxliyyə zamanı həlak olub. Bu baradə "Moskva şəhər xəbərləri” agentliyi məlumat yayıb. 
****
TASS agentliyinin məlumatına görə yanğına görə Moskvanın "Şeremetovo” hava limanına təcili eniş edən Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsindən 13 nəfərin meyiti çıxarılıb.