
Moskvanın böyük ticarət mərkəzlərindən biri olan "Sindika"da güclü yanğın baş verib.
"Qaynarinfo" RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Hazırda yanğının söndürülməsi üçün əraziyə helikopterlər cəlb olunub. Ticarət mərkəzində olan insanlar təxliyə olunur.
Son məlumatlara görə, yanğın 3 min kv. metr ərazini əhatə edib.
Qaynarinfo.Az