Xəbər lenti

Moskvada Türkiyə səfirliyi atəşə tutuldu
Dünya06:22 18.08.2014

Moskvada Türkiyə səfirliyi atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvada bir kişi ov tüfəngindən Türkiyə səfirliyinin binasını atəşə tutub.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib.

Adı açıqlanmayan şəxs qoşalülə tüfənglə səfirliyin binasına atəş açandan sonra səfirliyin mühafizəçiləri onu saxlayıblar.

İnsident nəticəsində kimsənin xəsarət almadığı qeyd olunur.

Saxlanılan şəxs Moskvanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qaynar.info