Xəbər lenti

Moskvada yaşayış binası çökdü: ölən və yaralananlar var
Dünya06:06 08.09.2021

Moskvada yaşayış binası çökdü: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva yaxınlığındakı Noginsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib və nəticədə doqquz mərtəbəli binanın üç mərtəbəsi çöküb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
İlkin məlumatlara görə, xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışır. Hadisə nəticəsində ölən və yaralıların olduğu deyilir.
Son rəqəmlərə görə, ikisi uşaq olmaqla üç nəfər xilas edilib.
Qeyd edək ki, avqust ayında Moskvanın şimal-qərbində Malaya Naberejnaya küçəsindəki bir evdə mənzildə baş verən partlayış nəticəsində 2 nəfər ölüb. Versiyalara görə, yaşayış evində qaz partlayıb. Digər iddiaya görə isə hadisə qumbara partlayışı nəticəsində baş verib.
Xəyal