
Moskvada yeganə erməni məktəbi qapadıla bilər. Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məktəbin İdarə Heyətinin sədri İrina Rubanova məlumat verib.
1650 saylı bu məktəb 1989-cu ildə Spitak zəlzələsindən sonra yaradılıb. Rubanova deyib ki, departament erməni məktəbini rus məktəblərindən biri ilə birləşdirmək istəyir. Eyni zamanda maliyyə mənbəyi tapmaları tələb olunur. Onun sözlərinə görə, məktəbin əməkdaşlarının Rusiya Erməniləri Birliyinə və başqa erməni təşkilatlarına müraciətləri fayda verməyib.
Qeyd edək ki, Moskvada Kremlin yaxınlığında beşmərtəbəli binada yerləşən bu məktəb dövlət büdcəsindən maliyyələşib. Ermənistan Təhsil Nazirliyi məktəbə mümkün köməyi göstərməyə hazır olduğunu bildirib.
Məktəbin taleyi 1 yanvar 2017-ci ildə həll olunacaq.
Qızılgül
Qaynarinfo.Az