Xəbər lenti

Moskvalı keşişin müsəlmanlar barəsində şok açıqlamaları - VİDEO
Dünya12:24 30.05.2015

Moskvalı keşişin müsəlmanlar barəsində şok açıqlamaları - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvalı keşiş Dmitri Smirnovun 3 il əvvəlki şokedici nitqi yenidən gündəmdədir. "Gələcək müsəlmanlarındır" sözlərinə görə Rusiya ictimaiyyəti tərəfindən qınaq hədəfi olan din xadiminin fikirləri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Qəribədir ki, onun bu fikirləri müsəlman istifadəçilər qədər bir çox xristianlar tərəfindən də rəğbətlə qarşılanır. Anspress Rusiya dini icmasında mühüm vəzifələri tutan keşişi nitqindən bəzi məqamları təqdim edir:
"Bir yaşlı qarı mənə yaxınlaşır və deyir: "Batya, mənə bir şeyi başa salın, mən kilsəyə getmək istəyəndə əlimi qaldırıram və istənilən taksi saxlayır. Əgər sürücü müsəlmandırsa, "Oğul anadan pul almaz" deyib pul götürmür. Yox, əgər xristiandırsa, "bu mənim işimdir" deyir və pulunu alır.
Mən o qadına dedim ki, bunun səbəbi çox sadədir. Çünki müsəlmanlar Allaha sənin xaç suyuna salınmış xaçpərəstən çox yaxındırlar. Çünki o müsəlman Allahın buyurduğu əməli edir. Çox maraqlıdır, Allahın xoşuna gəldiyi, bəyəndiyi əməlləri müasir müsəlman bilir, amma müasir xristian bundan xəbərsizdir. 
İndi siz özünüz deyin, kim daha çox Allaha yaxındır? Buna görə də gələcək bu müsəlmanlarındır. Gələcəkdə Yer üzündə yalnız onlar qalacaqlar. Çünki bütün bunlar müasir xaçpərəstə lazım deyil. 
Müsəlmanlar dinin bütün ayinlərinə əməl edirlər. Ramazan bayramında Moskva küçələrində 10 minlərlə əyilib ibadət edən nə qədər kişilər görürük. Bu qədər xristian kişini harada bir yerdə görmüsüz? Heç yerdə! Pasxa bayramında kilsəyə ancaq qadınlar gəlir". 
Dmitri Smirnov digər videoda isə müsəlmanların bir çox məsələlərdə xristianlara nümunə olduğundan bəhs edir:
"Müsəlman ölkələrində uşaq və qocalar evləri yoxdur. Müsəlmanlar bir çox məsələlərdə bizə nümunə ola bilərlər. Bəs müasir xristianlar müsəlmanlara nə təqdim edirlər? Nə? Araq, fahişəlik, narkomanlıq, bir-birinə qarşı nifrət və sairə və atılmış uşaqlarla dolu bir ölkə.
Xristianlıq alkoqolların və fahişələrin etiqadıdır. Xaç suyuna salınmış istənilən qadın bir gündə 20 nəfərlə yata bilər. Onlarda vətəndaş nikahıdır və onların heç bir vəzifə borcu yoxdur. Görünür, bu heyvanların dinidir və bu heyvanlar heç nəyin üstündə öz uşaqlarını öldürürlər. Müsəlmanlar isə belə deyil. Müsəlmanlar hər uşaq doğulanda sevinirlər, onu sevirlər.
Biz o həddə gəlib çıxmışıq ki, İslamda sevgi xristianlıqdan çoxdur. Bu İsa Məsihin günahı deyil, xristianlar özləri belə istəyirlər. Əslində xristianlıq bu deyil! Çünki biz ancaq Allaha "ver" deməyi bilirik. Hər şeyi özümüz üçün istəyirik. Bəs Allah üçün nəsə etmək istəyən xristian var? Yoxdur!
Əsl xristian öz dini uğrunda ölümə belə gedirdi, müasir xristian isə özündən başqa heç kimi düşünmür. Müasir müsəlman isə öz dininə görə ölməyə hazırdır. Onun mollası, imamı ona nə əmr etsə, düşünmədən ölümə belə gedəcək. 
Müasir müsəlman dini yolunda özünü qurban verməyə hazırdır. Onu terrorçu adlandırırlar, lakin o bunu dünyanı qorxutmaq üçün etmir. Əlbətdə, Avropa qorxudan əsir, öz tolerantlığının altında əzilir, amma heç nə edə bilmir. 
Kimin ağlına gələrdi ki, İslam dünyaya nümunə olacaq? Onlar üçün ailə müqəddəsdir".
Qaynar.info