Moskva sakinləri bu gecə Ukraynaya məxsus bu qədər çox pilotsuz uçuş aparatının (PUA) Rusiya paytaxtına çatmasına təəccübləniblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Sky News-un Moskva müxbiri Ayvor Bennet
bildirib.
"Bu, müharibənin başlanğıcından etibarən Rusiya paytaxtına qarşı ən böyük Ukrayna PUA hücumu idi", – deyə o bildirib.
Bennetin sözlərinə görə, moskvalılar "şok və təəccüb qarışıq" hiss keçirirdilər.
"Bir nəfər deyirdi ki, bu qədər pilotsuz uçuş aparatının havaya buraxılmasına və bu qədər uzağa çatmasına inanmaq mümkün deyil. Digəri isə tezliklə bunun sona çatmasını istədiyini, münaqişənin bitməsi üçün dua etdiyini söylədi", – deyə jurnalist əlavə edib.
Xatırladaq ki, UNİAN-ın yazdığına görə, Rusiyada bir neçə bölgədə eyni vaxtda kütləvi pilotsuz uçuş aparatlarının hücumu qeydə alınıb. Xüsusilə, Rusiya hakimiyyəti Moskva vilayətində 73 PUA-nın vurulduğunu açıqlayıb.
Rusiya mənbələrinin məlumatına görə, pilotsuz uçuş aparatlarından biri Moskva ətrafındakı Ramenskoye şəhərində yaşayış binasına düşüb. Orada 19-cu mərtəbədən 22-ci mərtəbəyə qədər ən azı yeddi mənzil zədələnib. Digər bir PUA Moskvaətrafı Vidnoe şəhərində yaşayış binasına çırpılıb. Partlayış dalğası nəticəsində binanın son mərtəbələrində şüşələr qırılıb. Daha sonra internetdə Moskvadakı Domodedovskaya küçəsində yerləşən çoxmərtəbəli binaya PUA-nın düşməsini əks etdirən görüntülər yayımlanıb.
Alpər
Şərhlər