Xəbər lenti

Moskvanı 3 gün ərzində 18 mindən çox insan qoruyacaq
Dünya16:55 14.03.2024

Moskvanı 3 gün ərzində 18 mindən çox insan qoruyacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri zamanı Moskvada təhlükəsizliyi 18,5 min nəfər təmin edəcək.
Qaynarinfo unikal-a istinadən xəbər verir ki, bu barədə Moskva merinin portalı məlumat yayıb.
"Martın 15-dən 17-dək Rusiyada keçiriləcək prezident seçkiləri zamanı Moskvada ictimai asayiş hər gün 18,5 mindən çox insan tərəfindən təmin ediləcək", - məlumatda deyilir.
Portalın məlumatına görə, seçki məntəqələri martın 15, 16 və 17-də saat 08:00-dan 20:00-dək açıq olacaq.