Xəbər lenti

Moskvaya yeni PUA hücumu: Rusiya MN məlumat verdi
Dünya07:18 09.08.2023

Moskvaya yeni PUA hücumu: Rusiya MN məlumat verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Moskva səmasında naməlum pilotsuz təyyarələrin gecə reydi barədə danışıb.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.
Söhbət paytaxt meri Sergey Sobyaninin səhər saat 03:16 radələrində çaxnaşma içində xəbər verdiyi hücumdan gedir. Düşmən Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 9-na keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri iki pilotsuz təyyarəni vura bilib. 
Onlar hücumda "Kiyev rejimini” ittiham ediblər. İtki və dağıntıların qeydə alınmadığını bildirilib.
"Bu gecə Moskva vilayətinin ərazisində Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - məlumatda deyilir.
Həmçinin Rusiyanın teleqram kanalları arasında Moskva vilayətinin Leninski şəhər rayonunun Molokovo kəndində baş verən partlayış anından video yayılır.
Xatırladaq ki, bu gecə Rusiya Federasiyasının paytaxtında naməlum PUA-ların hücumu səbəbindən yenidən çaxnaşma yaşanıb. Moskva meri Sobyanin hava hücumundan müdafiənin işi və "təmizlənmiş” dronların dağıntılarının düşməsi barədə məlumat verib.
Onun məlumatına görə, bir PUA Domodedovo ərazisində, ikinci pilotsuz uçuş aparatı isə Minsk şossesi ərazisində görünüb.
Alpər