İsrail kəşfiyyat təşkilatı MOSSAD-a yaxınlığı ilə tanınan "DebkaFile” saytı Türkiyə Böyük Millət Məclisinin Liviya ilə hərbi anlaşmanı ratifikasiya etməsindən sonra diqqət çəkən iddialar irəli sürüb.
Qaynarinfo odatv-yə istinadla xəbər verir ki, sayt Misir tanklarının cümə axşamı günü Türkiyənin Liviyaya hər hansı bir "müdaxiləsini" önləmək məqsədiylə Misirə gətirildiyini yazıb. Kəşfiyyat qaynaqlarına istinad edən xəbərdə dislokasiyanın şəxsən Misir lideri Sisi tərəfindən verildiyi iddia edilib. Əldə edilən digər məlumata görə, Misir hava donanmasının bir hissəsi də hazır vəziyyətə gətirilib.
DebkaFile saytı Sisinin bu əmrini prezident Ərdoğana bir cavab kimi qiymətləndirib və əgər Türkiyənin Liviyaya əsgər göndərməsi planı reallaşsa, Misir Hava Qüvvələrinin Türkiyəyə cavab verəcəyi bildirlib.
Digər tərəfdən, razılaşmanın TBMM-də qəbul edilməsindən bir neçə saat sonra mübahisə yaradacaq bir hadisə də baş verib.
Sayt iddi edib ki, Tobruk mərkəzli xəlifə Hafter qüvvələri Grenada bayrağı ilə üzən və içində Türkiyə vətəndaşlarının olduğu bir gəminin ələ keçirib.
Rəsulhilal limanında ələ keçirilən yük gəmisinın daşıdığı yüklərin yoxlanılacağı deyilir.
Hafterə bağlı dəniz qüvvələrinin verdiyi açıqlamada Liviya sahil sularında müşahidə aparan gəminin saxlanıldığı bildirilib.
"İndependent Türkcə”nin verdiyi məlumata görə, gəminin yükləri yoxlanılacaq və beynəlxalq səviyyədə qəbul edilən prosedurlar tətbiq ediləcək.
Hafter qüvvələri donanmasının komandiri Farac əl-Mehdevi isə ötən həftə Türk gəmilərini təhdid edərək deyib: "Lazımi əmri aldım, türklərin kəşfiyyat gəmiləri yaxınlaşarsa, mənim görəcəyim iş onları batırmaq olacaq. Mən bu təlimatı General Hafterdən almışam".
Alpər