
Sinqapurda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, motosikletlə avtomobil toqquşub. Magistralda hərəkətsiz vəziyyətdə dayanan avtomobili görməyən motosiklet sürücüsü Manster Virman yüksək sürətlə arxadan ona dəyib. Qəzanın ağırlığından sürücü 20 metr havada uçduqdan sonra yolun ortasına düşüb.
Hadisə anbaan kameralara düşüb.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:
Qaynarinfo.Az