Xəbər lenti

İdman 10:57 21.02.2023

Mourinyo jurnalistlərdən inciyib

"Roma"nın baş məşqçisi Joze Mourinyo jurnalistlərin tənqidinə cavab verib.

Qaynarinfo-nun məlumatına görə, 60 yaşlı mütəxəssis A Seriyasının son turunda "Empoli"ni 1:0 məğlub etdikləri matçdan sonra tənqidlərə reaksiya verib. Portuqaliyalı mütəxəssis komandasına haqsızlıq edildiyini deyib:

"İnsanlar bu komandanın nəyə layiq olduğunu anlamırlar. Biz çox çətin şəraitdə, inanılmaz iş görürük. Bu uşaqlara ədalətli qiymətin verilməməsi məni məyus edir. Mən bu uşaqlara minnətdaram. Media bizə heç kömək etmir. Başqaları qalib gələndə dahi olur, biz udanda bəxtimizin gətirdiyi və ya darıxdırıcı futbol oynadığımızı deyirlər. 60 yaşım var və hər şeyi qazanmışam, mənə gözəl sözlər lazım deyil. Amma bu uşaqların gözəl sözlərə və təriflərə ehtiyacı var”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->