Xəbər lenti

Mourinyo "Çelsi" ilə müqavilə imzaladı (İDDİA)
İdman10:18 26.03.2013

Mourinyo "Çelsi" ilə müqavilə imzaladı (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo “Çelsi” klubunu ilə müqavilə imzalayıb. 

ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə ingilis mətbuatı məlumat yayıb.

Portuqaliyalı çalışdırıcının milli birincilikdə yaranan fasilə zamanı ailəsi ilə birlikdə Londona yola düşdüyü xəbər verilir.

Mənbənin verdiyi məlumata görə, “Çelsi”nin rəhbəri Roman Abramoviçlə Mourinyo arasında heç bir fikir ayrılığı yoxdur. Onlar bütün məsələləri həll ediblər və artıq çalışdırıcının ingilis klubunda işə başlamağa hazır olduğu bildirilir. 

Roman Abramoviçin “Barselona”nın baş məşqçisi Pep Qvardiola ilə anlaşa bilmədiyini nəzərə alsaq, əsas seçim Mourinyonun üzərində qalır.

Qaynar.info