Xəbər lenti

İdman 10:43 06.10.2023

Mourinyonun planı açıqlandı: "Roma"nı tərk edəcək və...

"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya klubu ilə müqaviləni yeniləməyəcək və milli komandaya rəhbərlik etmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "TodoFichajes” məlumat yayıb.

Portuqaliyalının "Roma" ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Nəşrin məlumatına görə, A seriyasını tərk etdikdən sonra 60 yaşlı mütəxəssisin xidmətindən istifadə edə biləcək milli komandalar arasında İtaliya, İngiltərə və Meksika yığmaları da var. "Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bundan imtina edərsə, Braziliya millisi də Mourinyoya müraciət edə bilər.

Mourinyo 2021-ci ildən "Roma"ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ötən il Konfrans Liqasının qalibi olub, 2022/23 mövsümündə isə Avropa Liqasının finalına yüksəlib və burada penaltilər seriyasında "Sevilya”ya uduzub.

O, bundan əvvəl İngiltərənin "Çelsi”, "Tottenhem”, "Mançester Yunayted”, İspaniyanın "Real Madrid”, İtaliyanın "İnter” və Portuqaliyanın "Portu” klublarını da çalışdırıb. Mourinyo Çempionlar Liqasının və Avropa Liqasının iki dəfə qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->