Xəbər lenti

"Ömrümüzün sonuna kimi koronavirusla bir yerdə yaşayacağıq" - Professor
Ölkə05:29 19.08.2021

"Ömrümüzün sonuna kimi koronavirusla bir yerdə yaşayacağıq" - Professor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ömrümüzün sonuna kimi koronavirusla bir yerdə yaşayacağıq".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Mübariz Əliyev deyib. Onun sözlərinə görə, virusun hər dəfə yeni ştammı yaranacaq:
"Əsas odur ki, ağır xəstələrin sayı azalır. Yoluxma sayı qalxır, enir, proqnoz vermək olmur, koronavirusla yaşamağı bacarmalıyıq. Bu sezon xəstəliyidir. Birdəfəlik hamı peyvənd olunmalıdır. Peyvənd olunmaq o demək deyil ki, insanlar bu virusa yoluxmayacaq. Peyvənd olunmaq o deməkdir ki, yoluxacaqsan, amma xəstəliyi yüngül keçirəcən. Sadəcə panikaya düşmək lazım deyil”.
Mübariz Əliyev tövsiyyə edib ki, insanlar virusu yaddan çıxartsın:
"İnsanlar həyatını yaşasın, koronavirusu yaddan çıxartsın”.
Bahar Rüstəmli