
Oktyabrın 9-da prezident seçkilərində səsvermə zamanı 34 saylı Xətai 2-ci dairə seçki komisiyasının 7 saylı seçki məntəqəsində Milli Şuranın müşahidəçisi Südabə Səlimova Məntəqə Seçki Komissiyasının binasında yerləşən masadan 4 ədəd seçki bülletenini götürüb və qaytarmayıb.
Bu barədə MSK-nin Müstəqil Mətbuat Mərkəzindən Trend-ə daxil olan məlumatda bildirilir.
Həmçinin bildirilir ki, baş vermiş bu qanunazidd hərəkət Məntəqə Seçki Komissiyası tərəfindən aktlaşdırılıb.