Xəbər lenti

MSK sədrindən vəzifəli şəxslərə xəbərdarlıq
Siyasət13:10 09.01.2020

MSK sədrindən vəzifəli şəxslərə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdır.
Qaynarinfo-nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz: "Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır. Biz çalışırıq ki, məsələləri namizədin xeyrinə həll edək, lakin bu cür məsələlər olduğu halda biz namizədə kömək edə bilmirik”