Portuqaliyanın Koyimbra şəhəri müliyim qış temperaturu və zəngin tarixi abidələri ilə tanınır.
Qaynarinfo "Travel off Pass"a
istinadən xəbər verir ki, Portuqaliyanın mərkəzi hissəsində, Koyimbra çayı sahilində yerləşən bu şəhər hazırda orta hesabla 23°C olan yumşaq qış havası və orta əsrlərə qədər uzanan tarixi abidələrlə zəngindir.
Tarixi və mədəni irs
Koyimbra şəhərinin ən məşhur yerlərindən biri 13-cü əsrdə təsis edilmiş Koyimbra Universitetidir. Bu, Portuqaliyanın ən qədim və Avropanın ən nüfuzlu universitetlərindən biridir. Hər il dünyanın müxtəlif yerlərindən gələn tələbələr şəhəri gənc, təravətli və perspektivli edir.
Tarixi mərkəz isə yerli sakinlərlə ünsiyyət qurmaq üçün ideal bir məkan kimi tanınır. Şəhərin ümumi əhalisi 106 min nəfər təşkil edir. Bununla yanaşı, çoxlu sayda əcnəbilərin şəhərə səfər etməsi səbəbindən ingilis dilində ünsiyyət qurmaq və dostluq əlaqələri yaratmaq çətin olmayacaq.
Gəzinti və mətbəx
Koyimbranın köhnə şəhəri sürətlə axan Mondequ çayının sahilində yerləşir. Şəhərin əsas tarixi abidələri arasında Koyimbra Universiteti, XII əsrə aid roman üslublu Koyimbra Katedrali və Müqəddəs Xaç Kilsəsi xüsusi qeyd olunur.
"Bu kilsədə Portuqaliyanın ilk iki kralı dəfn edilib və onun barokko üslublu orqanı gördüyünüz ən gözəl orqanlardan biri olacaq", deyə məqalədə bildirilir.
Şəhərdə tələbələr və iş adamları üçün kitabxanalar, kafe və kovorqinqlər geniş yayılıb. Universitet ətrafında və Bələdiyyə Bazarında pulsuz Wi-Fi nöqtələrinə rast gəlmək mümkündür. Bazar, həmçinin şəhərin ən dadlı kremlə doldurulmuş piroqlarını təqdim edir.
Qiymətlər
Koyimbrada qida və yaşayış qiymətləri digər məşhur şəhərlərə nisbətən daha münasibdir. Ənənəvi "pastel de chaves" (ət dolması ilə doldurulmuş yarımay formalı xəmir) və portağal şirəsi birlikdə cəmi 4 dollara başa gəlir. Yerli restoranlarda əsas yeməyin orta qiyməti isə 10,43 dollar təşkil edir.
Kirayə qiymətləri də əlverişlidir. Şəhər mərkəzindən uzaq ərazilərdə bir otaqlı mənzil ayda təxminən 565 dollara icarəyə götürülə bilər. Qısa və orta müddətli ziyarətçilər üçün isə otaq qiymətləri 633 dollardan başlayır.
Aydın
Şərhlər