Xəbər lenti

Mübarək yenidən məhkəməyə çıxarıldı - VİDEO
Dünya18:19 25.08.2013

Mübarək yenidən məhkəməyə çıxarıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Müsəlman qardaşları”nın liderinin də məhkəməsi olub

Misirin keçmiş prezidenti bir neçə gün əvvəl şərti olaraq azadlığa buraxılmış Hüsnü Mübarək Qahirədə ikinci məhkəmə prosesində iştirak etmək üçün müalicə aldığı hərbi hospitaldan helikopterlə məhkəmə zalına gətirilib. 

Korrupsiya ittithamı ilə bağlı bəraət alan Mübarək hakimlər qarşısında 2011-ci ildə etirazlar zamanı aksiyaçıların öldürülməsinə göstəriş vermək ittihamlarına cavab verməlidir. Misir televiziyasının məlumatına görə, məhkəmədə keçmiş prezidentlə yanaşı onun oğulları da təqsirləndirilən şəxs kimi iştirak ediblər. 

Mübarəkin vəkili qeyd edib ki, ona qarşı ittihamları əsaslandırmaq üçün məhkəmə dəlilləri toplamalıdır: “Prezident Mübarək və onun oğulları etirazçıların öldürülməsinə əmr verməkdə ittiham olunur. Bu cür ittihamlar dəlillərlə təsdiq olunmalıdır. Amma bu, təmin olunmayıb”.

Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin olunub. 

Hüsnü Mübarəklə eyni gündə Qahirədə “Müsəlman qardaşları” Partiyasının məhkəmə prosesi də başlayıb. Partiyanın mənəvi lideri Məhəmməd Bədiyə və digər iki şəxsin cəlb olunduğu məhkəmənin ilk iclası qısa olub. Hakim prosesi oktyabrın 29-dək təxirə salınıb. 

Bədiyə və digər ittiham olunanlar isə təhlükəsizlik məsələləri ilə əlaqədar məhkəmə iclasına qatılmayıb. Xatırladaq ki, partiya rəhbərləri ötən həftə etirazçıların öldürülməsi ittihamı ilə həbs olunmuşdu.

Bədiyənin vəkilləri polisin ona qarşı zor tətbiq etdiyini və onun saxlanmasının qanunsuz olduğunu bəyan edirlər./ans.tv/