Xəbər lenti

Müdafiə naziri ölümdən döndü
Dünya19:44 25.05.2014

Müdafiə naziri ölümdən döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın mindiyi təyyarə Moskvanın "Şeremetyevo" hava limanından göyə qalxarkən ciddi problemlə üzləşib. 

Moskvadan İrəvana uçmaq istəyən "Aeroflot" şirkətinə məxsus sərnişin təyyarəsinin baqaj hissəsində nasazlıq yaranıb. Bu baxımdan da pilot təyyarəni qəzalı şəkildə hava limanına endirib.  

Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannisyan isə "İnterfaks" agentliyinə açıqlamasında hadisəni belə şərh edib: "Elə bir ciddi hadisə baş verməyib. Nazirin olduğu təyyarə nasazlıq aradan qaldırıldıqdan sonra yenidən havaya qalxıb və bir saat bundan öncə İrəvana çatıb".

 Qeyd edək ki, Ermənistanın Müdafiə naziri Seyran Ohanyan Beynəlxalq Təhlükəsizlik üzrə keçirilən 3-cü Moskva konfransında iştirak edirmiş /ANS/.