Xəbər lenti

Müdafiə nazirindən Azərbaycan Ordusuna tapşırıq - VİDEO
Ölkə16:17 22.05.2019

Müdafiə nazirindən Azərbaycan Ordusuna tapşırıq - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar. 
Bu barədə Qaynarinfo-ya  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və əldə olunan məlumatlara əsasən düşmənin törədə biləcək təxribat cəhdlərinin qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə müvafiq tapşırıqlar verib.