Xəbər lenti

Müdafiə nazirinin sabiq müavininin həbsi 2 ay müddətinə uzadıldı
Dünya16:36 14.06.2016

Müdafiə nazirinin sabiq müavininin həbsi 2 ay müddətinə uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvan məhkəməsi 2015-ci ilin  noyabrın 25-də zərərsizləşdirilmiş silahlı qrupla əlaqədə şübhəli bilinən Ermənistanın sabiq müdafiə nazirinin müavini Vahan Şirxanyan barəsində çıxarılan həbs qətimkan tədbirini 2 ay müddətinə uzadıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sabiq məmurun vəkili bildirib.  
“Məhkəmə həbsin girovla əvəzlənməsinə dair müdafiənin vəsatətini təmin etməyib”, - deyə vəkil bildirib. Vəkil məhkəmənin qərarına apelyasiya şikayəti verəcəklərini bildirib.  
Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq birinci müavini, baş nazirin sabiq müavini Vahan Şirxanyan 2015-ci ilin dekabrında həbs olunub.
V. Şirxanyan Artur Vardanyan adlı şəxsin yaratdığını cinayətkar dəstə ilə əlaqədə ittiham edilir.
Qeyd edək ki, 2015-ci  ilin noyabrın 25-də İrəvanda dövlət institutlarına və vətəndaşlara qarşı cinayət aktlarının həyata keçirilməsini planlaşdırılan dəstə zərərsizləşdirilib.
Cinayət işi ilə bağlı 25 nəfər həbs edilib.
Vahan Şirxanyan 1995-1999-cu illərdə Ermənistan müdafiə nazirinin birinci müavini və baş nazirin müavini vəzifələrində çalışıb.
Qaynarinfo.az