Xəbər lenti

Müdafiə nazirlərinin üçtərəfli Qəbələ görüşü başladı - Yenilənib
Ölkə07:20 15.05.2016

Müdafiə nazirlərinin üçtərəfli Qəbələ görüşü başladı - Yenilənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşü başayıb.

Qaynarinfo.az xəbər verir ki,  Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri düzüblər.

Sonra qonaqlar Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.

Hazırda Heydər Əliyev adına Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar başlayıb.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.

**** 10:22

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. 

Qaynarinfo.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçiriləcək.

Qaynarinfo.az