Xəbər lenti

Müdafiə Nazirliyi əsgərimizin əsir düşməsi xəbərini təkzib etdi
Ölkə05:29 02.02.2017

Müdafiə Nazirliyi əsgərimizin əsir düşməsi xəbərini təkzib etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır”.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən bildirilib ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Məlumata görə, erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, Ermənistan tərəfinin yaydığı məlumata görə, təmas xəttinin şimal istiqamətində, Talış kəndi yaxınlığında baş vermiş silahlı qarşıdurma nəticəsində Azərbaycan ordusunun əsgəri əsir düşüb. Məlumata əsasən, döyüş fevralın 1-i təxminən saat 15:00-da baş verib.

Ermənistan Müdafiə Nazirliyinin xəbərinə görə, əsir düşmüş əsgər 1995-ci ildə Bərdə rayonunda anadan olmuş sıravi Elnur Hüseynzadədir.

Qaynarinfo.Az