Xəbər lenti

Müdafiə Nazirliyi korpuslar üzrə xidmətə qəbul elan etdi
Ölkə10:45 12.12.2013

Müdafiə Nazirliyi korpuslar üzrə xidmətə qəbul elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyi xidmətə qəbul elan edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər.

Əlavə məlumat üçün 538-61-74 nömrəli telefona (həftənin bazar ertəsi-cümə günləri, saat 10.00-dan 12.00-dək və 16.00-dan 18.00-dək) müraciət oluna bilər.

Qaynar.info