Xəbər lenti

Müdafiə Nazirliyindəki polkovnikin oğlu ilə bağlı ŞOK İDDİA
Ölkə13:25 27.06.2014

Müdafiə Nazirliyindəki polkovnikin oğlu ilə bağlı ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini İsa İsmayılovun oğlu əvvəllər xidmət etdiyi hərbi hissədə narkotika ilə tutulubmuş?

Bu barədə Qaynar.info-ya İsa İsmayılovun oğlu Nihad İsmayılbəyli ilə vaxtilə eyni hərbi hissədə xidmət keçmiş əsgərlərdən biri məlumat verib. 

Onun sözlərinə görə, Nihad İsmayılbəyli atasına və atasını himayə edən yüksək rütbəli zabitlərə arxayın olaraq xidmət etdiyi hissədə tamamilə toxunulmaz statusa malik imiş. Heç vaxt əsgər yeməkxanasına girməz, orada yemək yeməz, sırada dayanmaz, bütün gününü kafelərdə keçirər, xüsusi hazırlanmış yeməklərlə qidalanarmış. Hətta hərbi hissədə onun üçün təmirli otaq da ayrılıbmış. O üzdən atası üst-üstə yığılıb qalan küllü miqdarda borcu ödəmək üçün hər ay iaşə obyektlərinə xeyli pul göndərərmiş: “Əslində, Nihadın atasından aldığı maddi vəsaitin əsas hissəsi narkotik vasitələrin əldə olunmasına sərf edilirdi. Bu işlə davamlı şəkildə məşğul olduğundan bir dəfə gecə hərbi hissə növbətçisi onu narkotiklə tutdu. Amma atasına görə səs-küy qaldırılmadı. Əvəzində hissəmizdə onun hesabına xeyli təmir-tikinti və abadlıq işləri aparıldı. Nihadla bir yerdə narkotiklə tutulan digər əsgər isə həbs olundu...”

Məlumatı Müdafiə Nazirliyinə yaxın mənbə də təsdiqlədi. O bildirdi ki,  polkovnik-leytenant İsa İsmayılovun oğlu Nihad İsmayılbəyli indi sərəncamda olan general Vaqif Məmmədovun köməkliyilə qanunsuz şəkildə, nizamnamə tələblərinə zidd olaraq Bakinin 70-80 kilometrliyində yerləşən hərbi hissəyə salınıb və sonadak himayə olunub.  Onun narkotik istifadəçisi olmasından və narkotiklə tutulmasından da nəinki  adı çəkilən generalın, hətta İsmayılovun bütün xidmət yoldaşlarının xəbəri olub, ancaq hamı general Vaqif Məmmədovdan ehtiyat etdiyi üçün fakt birincinin təkidilə məqsədli şəkildə sabiq müdafiə nazirindən gizlədilib və ört-basdır edilib. 

Mənbə bildirir ki, polkovnik-leytenantın oğlu artıq hərbi xidməti başa vurub və ordudan tərxis olunub. Onun hazırda harada olduğu barədə isə heç bir məlumat yoxdur. 

Mövzu ilə bağlı İsa İsmayılovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. 

Qaynar.info