
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Quran dərsində müəllimin şagirdi vurması narazılığa səbəb olub.
ANS TV- nin məlumatına görə, Quran dərsi deyən muüəllim dərsini öyrənməyən şagirdini ayaqqabısı ilə döyüb. Şagirdin onun əlindən qaçmaq istəməsi isə müəllimi daha da qəzəbləndirib. O azyaşlını hamının gözü qarşısında sürüməyə başlayıb. Görüntünün internetdə yayılması isə ölkəsində narazılığa səbəb olub və Quran dərsləri deyilən mərkəzlərdə araşdırmalara başlayıblar.
Ötən həftə də bənzər görüntü Mədinə şəhərində qeydə alınmışdı.
Qaynar.info