
Qaynar.info-nun məlumatına görə, uşaqları xilas edən Yuliya Karbışeva adlı müəllimə özü ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
"Güclü işıqlanma baş verən an şagirdlər pəncərənin qarşısına toplaşmaq istəyib, lakin müəllimə onlara geri çəkilməyə və partaların altında girmələrini əmr edib. Özü isə otağın qaplarını açmağa cəhd edib. Məktəb keçmiş uşaq bağçası olduğu üçün qapılarının əksəriyyəti şüşədən olub" deyə müəllimənin yerləşdirildiyi xəstəxananın həkimi bildirib.
Bir neçə dəqiqədən sonra güclü partlayış baş verib. Zərbə dalğası nəticəsində qapının bütün şüşələri sınıb və qırıntılar müəlliməyə dəyib. Yaralı müəllimə uşaqların geyinib çölə çıxmasını əmr edib. Şagirdlərdən heç biri partlayışdan ziyan çəkməyib.
Qaynar.info