Xəbər lenti

Müəllimə azyaşlı qızı 10 minə satarkən yaxalanıb - FOTOLAR
Dünya05:30 23.11.2016

Müəllimə azyaşlı qızı 10 minə satarkən yaxalanıb - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Xarkov vilayətində polis 13 yaşlı qızı 10 min dollara satmağa çalışan müəlliməni həbs edib.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbəri Arsen Avakov bildirib.

Onun sözlərinə görə, müştəri müəlliməyə qızın orqan transplantasiyası üçün alındığını söyləyib.

KİV-in məlumatına görə, Qalina Kovalenkonun Ukrayna və  rus dili ədəbiyyatı üzrə 20 ildən artıq müəlliməlik stajı var.  

“Qalina Kovalenko bir il ərzində 13 yaşlı qızın satışı üçün öz “biznes plan”ını hazırlayıb. O, uşağı uğursuz bir ailədən öz internatına götürüb və daha sonra müştəri axtarıb”, -deyə Avakov vurğulayıb.

Məlumata görə, əməliyyatın özü dörd ay davam edib. Qadın uşağı müştəriyə satıb, pulu alan zaman həbs edilib. Günahı  sübut olunacağı təqdirdə onu 12 ilədək həbs cəzası gözləyir.

Qaynarinfo.Az