Xəbər lenti

Müəllimi liseydən qovdular - Əlavə pul qazandığı üçün
Dünya10:18 03.10.2023

Müəllimi liseydən qovdular - Əlavə pul qazandığı üçün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-də həyat yoldaşı ilə "OnlyFans"dan pul qazandığı ortaya çıxan müəllimi işini itirib.
Qaynarinfo xəbər verir ki, Missuri ştatındakı "St. Sent Clair" liseyində çalışan Brianna Koppac "Louis Post-Dispatch"ə açıqlamasında "OnlyFans" hesabına görə məktəbdən uzaqlaşdırıldığını deyib. 
28 yaşlı təhsil işçisi həyat yoldaşı ilə əlavə gəlir əldə etmək üçün yayın əvvəlində "OnlyFans" hesabı açdığını bildirib. Hesabla bağlı şikayətlərin təxminən iki həftə əvvəl başladığını deyən Koppac "Hesabın mənə aid olub-olmamasının nə vaxt başa düşüləcəyini bilmirdim. Bunun iki həftə əvvəl ortaya çıxdığını öyrəndim. Ona görə də bu günün gələcəyini bilirdim", deyib.
Müəllim keçən il peşəsindən cəmi 42, "OnlyFans" hesabından isə orta hesabla 8-10 min dollara qədər gəlir əldə etdiyini bildirib. Koppac, həmçinin çərşənbə günü məktəb rəhbərliyi ilə keçirdiyi görüş nəticəsində məcburi istirahətə buraxıldığını və bundan sonra "OnlyFans"dan əldə etdiyi gəlirin iki dəfəyə yaxın artdığını bildirib. 
Lisey direktoru Kayl Kruse müəllimə qarşı istintaq başlanıldığını və onun məktəbdəki işinə tamamilə xitam verilə biləcəyini söyləyib. Vəziyyətdən xəbərdar olduğunu söyləyən Koppac "Yəqin ki, bir daha heç vaxt dərs deyə bilməyəcəm. Amma bu riski etdim. Kədərlənirəm və tələbələrim üçün darıxıram", deyib.
Müəllim "OnlyFans" hesabını açdığına görə peşman olmadığını bildirib və açıqlamasında bunun qadağan olduğunu bildiyini, amma seksdən utanmadığını deyib.
Səbuhi Həsənov