Xəbər lenti

Müəllimlər polislə toqquşdu: yaralılar var
Dünya05:00 12.09.2013

Müəllimlər polislə toqquşdu: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksikada təhsil işçilərinin kütləvi etiraz aksiyaları polislərlə toqquşmalarla nəticələnib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, insident zamanı azı 15 nəfər xəsarət alıb. Paytaxt Mexikoda təşkil edilən nümayişlərə xeyli sayda müəllim qatılıb. Etirazçılar aksiya zamanı hökumət binasını ələ keçiriblər. Müəllimlər təhsil sahəsində hazırlanan islahatlara qarşı olduqlarını bildiriblər.

Əsas magistralın nümayişçilər tərəfindən bağlanmasından sonra polis aksiyaya müdaxilə edib. İştirakçılar asayiş keşikçilərinə daş və şüşə qablar atıblar. Nümayişlərdə bir neçə təhsil işçisi yaralanıb.

Qeyd edək ki, ölkə prezidenti tərəfindən imzalanan islahat proqramında təhsil sistemində sertifikatlaşdırılma və qanunların sərtləşdirilməsi nəzərdə tutulur.

Qaynar.info