
Almaniyanın Reinland Pfaltz əyalərində müəllimlərə facebook başda olmaqla bir çox sosial şəbəkələrdə şagirdləri ilə dost olmaq qadağan edilib.
Qaynar.info xəbər verir ki, müəllimlərin şagirdləri ilə dost olmaları ilə yanaşı sosial şəbəkələrdə şagirdlərinin qiymətlərini paylaşmaları, imtahan vermələri və tətil planlaşdırmaları aparmaları da qadağan edilib.
Bildirilib ki, Facebookun xüsusi məlumatları ortaya çıxaran bir platforma olması səbəbindən belə bir hallar məktəbin təhsil sisteminə ziyan vura bilər.
Qaynar.info