Müğənni Günay İbrahimli Musavat.com saytının suallarına cavab verib. Həmin müsahibəni təqdim edirik.
- Bu ilin aprel ayında təqdim olunan, baş rollardan birini canlandırdığınız "Sadəcə sev" filminin plagiat olması barədə xəbərlər yayılıb. Bundan xəbərdarsınızmı?
- Film haqda yazılan xəbərləri oxumuşam. “İf only...” filminə bənzəyir. Sözügedən filmə baxmışam. Kliplər, geyimlər də başqalarına bənzəyir. Bu normal haldır. Oxşarlıq var, ona görə də, bu haqda nə isə deyə bilmərəm.
- “Sadəcə sev”-in anonslarında baş rolu canlandıran aktyorla səmimi görüntüləriniz var idi. Amma filmi izləyərkən o kadrları görmədik. Filmdən çıxarılmasına səbəb nə idi?
- Bir səhnə var idi ki, onu montaj zamanı çıxartdıq. İstəmədim ki, mənə problem yaransın. O kadrların çıxarılmasına səbəb bu idi.
- Bəs, yeni film təklifləri gəlirmi?
- Yeni ssenarilər təqdim edilir, film təklifləri olur. Amma hələ ki, filmdə rol almağı düşünmürəm. İstəyirəm ki, zaman keçsin. Ssenariləri oxuyub dəyərləndirirəm. Qarşıma yaxşı ssenari və çəkiliş komandası çıxsa, rol alacağam.
- Bir müddət öncə türkiyəli musiqiçi Caner Tepecik mətbuata açıqlama verdi ki, işbirliyi qurduğu Rəqsanə İsmayılova 16 min manatını qaytarmır. Tepecik ilə işbirliyi quran sənətçilərdən biri də sizsiniz. Tepecik bu məsələdə sizdən kömək istəyib?
- Caner çox gözəl insandır, Rəqsanə ilə də münasibətlərim yaxşıdır. Hər kəsin arasında problem ola bilər, amma mənə bu haqda heç nə deməyib. Caner istedadlı musiqiçidir. Mənim bu məsələyə aidiyyatım yoxdur. Canerlə mənim işbirliyim olsa da, mənə bu haqda heç nə deməyib. Bildiyim qədəri ilə aralarındakı məsələ həll olunub. Biz bir mahnı üzərində işləyirik. Onunla aramızda pul qalmaqalı olmayıb.
- Mətbuatda gah böyük bağ evi tikdirdiyiniz, gah da kirayədə yaşadığın haqda məlumatlar yayılır. Hazırda Günay harada yaşayır?
- Kirayədə yaşamıram, ailəmlə birlikdə qalıram. Dostlarımın evində çəkdirdiyim fotoları öz evim kimi mətbuatda yaymışdılar. Bu məni əsəbləşdirdi. Onlar öz evim deyil. Çoxdan ev almışam, təmir etdirirəm. Öz evimdə şəkil çəkdirməmişəm.
- Günay, digər sənət yoldaşlarınız şəxsi həyatını, sevgililərini mediadan gizlədir. Siz isə sevgilinizlə birlikdə çəkdirdiyiniz fotoları sosial şəbəkədə paylaşırsınız. Tezliklə, sizdən toy xəbəri gözləyək?
- İnşallah, olar. Mən də ailə qurmaq istəyirəm. Toy haqda dəqiq nə isə deyə bilmərəm.
- Bəs sizə qadağalar qoyurmu?
- Sevgilim çox qısqancdır. Bəzən qadağalar qoyur. Mən də normal qarşılayıram və əməl edirəm.
- Ailə qurduqdan sonra sizi səhnədən uzaqlaşdırmaq istəsə, razı olarsınız?
- Bu haqda hələ heç nə bilmirəm. Hər şeyi gələcək göstərəcək. Böyük danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, sevgilimi çox sevirəm.
Qaynarinfo.Az