Xəbər lenti

Müğənni qurbanlıq qoyunları dənizdə gəzdirdi - FOTOLAR
Dünya19:35 08.09.2016

Müğənni qurbanlıq qoyunları dənizdə gəzdirdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türk müğənni Aydın Aydın Qurban bayramında kəsəcəyi keçi və qoçu Bodrumda dənizdə gəzintiyə çıxarıb.

Türkiyə mətbuatı xəbər verir ki, qurbanlıqları yaxtada gəzdirən 50 yaşlı ifaçı onlara şapka taxıb, paltar geyindirib.

Aydın, heyvanların son günlərini yaxşı keçirmələri üçün bunu etdiyini deyib:

“Sahildə günəş vannası qəbul etdik, yaxta ilə gəzdik, sonra da dənizə girib sərinlədik. İstədim ki, son günlərini gəzərək keçirsinlər”.

Qeyd edək ki, müğənni keçiyə Beqonvil, qoça isə Zaqqum adını qoyub.(axşam.az )

Qaynarinfo.Az