Xəbər lenti

Mühafizə xidməti polisə Cənubi Koreya Prezidentini həbs etməyə imkan vermədi
Dünya 11:38 03.01.2025

Mühafizə xidməti polisə Cənubi Koreya Prezidentini həbs etməyə imkan vermədi

Cümə günü Cənubi Koreya hakimiyyət orqanları, Prezident Yun Sok Yolu həbs etmək üçün verilən orderi yerinə yetirə bilməyiblər. Səbəb, prezidentin mühafizə xidmətinin polis və müstəntiqlərin qarşısını alması olub.

Qaynarinfo bu barədə CNN-ə istinadla xəbər verir.

Cənubi Koreyanın Korrupsiyanı Araşdırma İdarəsi məlumat verib ki, səhər saatlarında təxminən 80 polis və müstəntiq Seulda yerləşən prezident iqamətgahına daxil olaraq həbs orderini icra etməyə çalışıb. Lakin prezidentin mühafizə xidməti onları dayandırıb.

Həmçinin, səhər tezdən prezidentin iqamətgahı yaxınlığında onun tərəfdarlarının toplandığı bildirilib. Onların sayı yüzlərlə olub və onlar Yun Sok Yolun həbsinə qarşı çıxacaqlarını bəyan ediblər.

Baş prokuror, ərazidəki insanların təhlükəsizliyini əsas gətirərək həbs orderinin icrasını ləğv edib. Yanvarın 6-na qədər qüvvədə olan orderin müddəti uzadıla bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->